Qaynar xətt:

(+99450) 247 90 86

Mübariz İbrahimovu təhqir edən psixoloq yenidən məhkəməyə çağırıldı

HÜQUQ

1151

19.02.2019, 11:40

\"\"  Xəbər  verdiyimiz kimi, Mübariz İbrahimovu təhqir edən psixologiya  fakültəsinin  tələbəsi  Nərmin  Şahmarzadə məhkəməyə verilib. Onunla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edən  Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tələbə xanımın qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər. Oxu24.com -un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalan tərəflər Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə prosesi 27 fevral 2019-cu il tarixdə baş tutacaq.Məhkəmə hakim İlqar Murquzovun sədrliyi ilə keçiriləcək. Xatırladaq ki, tələbə Nərmin Şahmarzadə sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovu \"qatil\" adlandırmışdı.Qeyd olunan məsələ cəmiyyətdə böyük etiraza səbəb olmuşdu. {banner_reklam}